- Cəmiyyət

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

Misir millisisinin və İngiltərə “Liverpul”unun futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandası ilə danışıqlar apaparır.

“Report” Misir mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu mersisaydlıların səfərdə “Brayton”a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın XX tur oyunundan sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Şam yeməyində bir araya gələn futbolçu və funksionerin mümkün transferi müzakirə etdikləri bildirilib.

PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”un şərəfini qoruyan Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.