- Cəmiyyət, Manşet

Kreml: Ukraynada “Bayraktar” zavodu demilitarizasiyaya məruz qalacaq

Əgər Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, onlar dərhal demilitarizasiyaya məruz qalacaq.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dərhal demilitarizasiyaya məruz qalacaq belə obyektin yaradılması faktı, yəqin ki, ukraynalıların əzablarını uzadacaq, amma xüsusi hərbi əməliyyatın əsas hədəflərindən yayınmağa imkan verməyəcək. Bunu anlamaq lazımdır”, – o deyib.

Xatırladaq ki, Ukrayna ərazisində Türkiyənin “Baykar” şirkərinin PUA-larının istehsal ediləcəyi zavodun inşası barədə iki ölkə razılıq əldə edib.