Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin doğum günləri ilə əlaqədar ailələrinin ziyarəti davam etdirilir. Həyata keçirilən layihə çərçivəsində sentyabrın 9-da Lənkəran rayonu Sütəmurdov kəndində şəhid Qüdrət Məmmədzadə və Balıqçılar qəsəbəsində şəhid Kamran Vəlizadənin ailəsi ilə görüş keçirilib, Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov, Balıqçılar qəsəbə məscidi dini icmasının sədri Abuzər Xankişiyev iştirak edib.