İngiltərənin paytaxtı London şəhərində 8 noyabr Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
Bu barədə “Report” Azərbaycanın İngiltərədəki Səfirliyinə istinadən xəbər verir.
Atəşfəşanlıq zamanı Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.
Mərasim Londonda yaşayan soydaşlarımızla yanaşı, yerli sakinlərin də marağını cəlb edib.
Atəşfəşanlığın görüntüləri səfirliyin tviterdəki səhifəsində də paylaşılıb.