İspaniyanın paytaxtı Madriddə NATO liderlərinin Sammiti öz işinə başlayıb.
APA-nın APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, 29-30 iyun tarixlərində keçirilən Sammitdə alyansa üzv 30 ölkənin liderləri qatılıb.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Qeyd edək ki, NATO sammiti çərçivəsində Ərdoğan ABŞ, Fransa, Birləşmiş Krallıq, İspaniya, Niderland, Almaniya, İsveç və Finlandiya liderləri ilə görüşlər keçirəcək.