“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir.
Mayisə Ağamirzəyeva. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü:
“Bütün xalqımızı Həmrəylik Günü münasibətilə təbrik edirəm və çox sevinirəm ki, xaricdə yaşayan bir azərbaycanlı olaraq bu gün daha çox başıdik və məğrur halda gəzirik. Çünki Qarabağımız artıq bizdədir, Qarabağ işğaldan azad olunub və bunun üçün Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu gün Şuşada Azırbaycan bayrağını açıb dalğalandıra biliriksə, bu hər bir şəhidimizin qanı bahasına, qazimizin canı bahasına əldə olan bir uğurdur, əldə olan bir zəfərdir. Qarabağlı Azərbaycana gəlmək, Şuşada olmaq xaricdə yaşayan bir azərbaycanlı kimi mənə xüsusi bir şərəf verdi. Azərbaycan xalqını, dünyada yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edirəm və uğurlar arzu edirəm. Xalqımız bir daha həsrət, köçkünlük, müharibə ağrı-acısı görməsin”.