Fransanın nüfuzlu “L Equipe” jurnalı 2021-ci ilin yekunları əsasında rəmzi yığmanı təqdim edib.
“Report”un məlumatına görə, ilin komandasında Kriştianu Ronaldu (“Mançester Yunayted”, Portuqaliya) və “Qızıl top”un hazırkı sahibi Lionel Messiyə (PSJ, Argentina) yer tapılmayıb.
Qapıçı: Eduar Mendi (“Çelsi”, Seneqal)
Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Ruben Diaş (“Mançester Yunayted”, Portuqaliya), Markinyos (PSJ, Braziliya), Teo Ernandes (“Milan”, Fransa)
Yarımmüdafiəçilər: N Qolo Kante (“Çelsi”, Fransa), Jorjinyo (“Çelsi”, İtaliya), Kevin De Bröyne (“Mançester Siti”, Belçika), Məhəmməd Salah (“Liverpul”, Misir)
Hücumçular: Kərim Benzema (“Real Madrid”, Fransa), Robert Levandovski (“Bavariya”, Polşa)
Qeyd edək ki, “Qızıl top” mükafatı uğrunda səsvermədə Lionel Messi “L Equipe” nəşrinin rəmzi komandasındakı bütün futbolçuları arxada qoyub.