- Cəmiyyət

Moskva meri 2 dronun zərərsizləşdirildiyini açıqlayıb

Rusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin Moskva vilayətində 2 dronun hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə mer teleqramda bildirib.

“Hava hücumundan müdafiə iki zərbə dronunu vurub. Biri Krasnoqorsk, digəri Çatsov ərazisində”, – o yazıb.

Ölkənin Müdafiə Nazirliyi də 2 dronun vurulduğunu təsdiqləyib.

Xatırladaq ki, Moskva vilayətinə dron hücumu olub. Paytaxtın hava limanları bağlanıb.