- Mədəniyyət

“Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək

Sentyabrın 30-da “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-Nazı” muğam qrupunun konsert proqramı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsertdə “İz” və “Yari-pünhan” kompozisiyaları, “Xumar oldum” və “Dağların başı”, “Gül dəstəsi” xalq rəqsi, “Qarabağ şikəstəsi”, “Çahargah dəramədi” əsərləri səslənəcək.

Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə, həmçinin xalq mahnıları ifa ediləcək.

Biletləri Filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.