- Cəmiyyət, Manşet

Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır

Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Vopke Xukstra tviter səhifəsində yazıb.

“Niderland Rusiyanın 17 kəşfiyyatçısını ölkədən çıxarır. Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, – nazir yazıb.

Nazirin sözlərinə görə, onlar Niderlandın təhlükəsizliyini təhdid edirmiş.