“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən “Nizami Ganjavi – 880” beynəlxalq onlayn şahmat turnirində 3 turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan 2” komandası 6 xalla liderlər qrupunda mübarizə aparır. “Azərbaycan” yığması 5, “Azərbaycan 3” komandası isə 2 xal toplayıb.
Bu gün yarış iştirakçıları daha 3 turda mübarizə aparacaqlar. Komanda xarakteri daşıyan və İsveçrə sistemi üzrə keçirilən yarışda ümumilikdə 24 komanda iştirak edir.
On yeddi yaşadək şahmatçılar arasında təşkil olunan turnir aprelin 4-dək davam edəcək.