- Cəmiyyət

Norveç uzun illər istifadə etdiyi qırıcıları ən müasirləri ilə əvəzləyib

Norveç Kral Hərbi Hava Qüvvələri (HHQ) uzun illər istifadə etdiyi “Lockheed Martin F-16” qırıcılarını “Lockheed Martin F-35 Lightning II” tipli təyyarələrlə əvəzləyib.

525.az xəbər verir ki, yeni təyyarələr 2022-ci ildən rəsmi olaraq Norveç hərbi aviasiyasının əsas qırıcıları kimi silahlanmaya daxil edilib.

Norveç Kral Hərbi Hava Qüvvələrinin yaydığı məlumata əsasən, 1980-ci ildən bəri HHQ-nin sərəncamında olan “F-16 AM/BM” tipli 57 təyyarə bundan sonra istifadədən çıxarılacaq və “F-35A” ilə əvəzlənəcək.

Bu ölkə 2015-ci ildə əvvəlcədən sifariş etdiyi 52 ədəd “F-35” təyyarəsinin ilk partiyasını təhvil almağa başlayıb. Sonuncu təyyarənin 2025-ci ildə çatdırılması planlaşdırılır.

Yeni təyyarələrdən artıq fəal istifadə olunur. Silahlı qüvvələrə məxsus iki “F-35A” qırıcısı hazırlıq və çevik reaksiya tapşırıqlarını yerinə yetirir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova