- Pritça

Ölüm və heç vaxt ölməyən

Buddanın yanına uşağı ölən bir qadın gəlir. Qadının yeganə oğlu  ölmüşdi. Budda qadına dedi:
– Sənə kömək edəcəm. Ancaq əvvəlcə şəhərə gedib heç kəsin ölmədiyi bir evdən xardal dənələri gətir.
Qadın şəhərə getdi, heç kəsin ölmədiyi evi axtarmağa başladı. Adamlar ona deyirdi: «Sənə nə qədər istəsən, xardal dənəsi verərik. Ancaq şərtini yerinə yetirməyəcəyik. Çünki evimizdə kimsə ölüb». Beləcə bütün gün davam etdi. Qadın heç kəsin ölmədiyi evi tapa bilmədi. Nəhayət, axşam hər şeyi anladı. Başa düşdi ki, ölüm həyatın bir hissəsidir. Hər zaman hər kəsin qarşısına çıxa bilər. Ölüm təkcə onun üzləşdiyi dərd deyil. Bunu anlayıb Buddanın yanına gəldi. Budda qadından soruşdu:
– Xardal dənələrin gətirdin?
Qadın sakitcə güdümsəyib Buddanın ayaqlarına çökdü:
–  Oğlumu qaytarmaq istəmirəm. Çünki o nə vaxtsa yenidən öləcək. Mən heç vaxt ölməyəni tapmaq istəyirəm.