Buddanın yanına uşağı ölən bir qadın gəlir. Qadının cəmi bir uşağı var idi. Bundan sonra da uşağının olması mümkün deyildi. Yeganə oğlu isə ölmüşdi. Budda nə etdi? Qadına dedi:– Sənə kömək edəcəm. Ancaq əvvəlcə şəhərə gedib heç kəsin ölmədiyi bir evdən xardal dənələri gətir.Qadın da şəhərə getdi, heç kəsin ölmədiyi ev axtarmağa başladı. Adamlar ona deyirdi: «Sənə nə qədər istəsən xardal dənəsi verərik. Ancaq şərtini yerinə yetirməyəcəyik. Çünki evimizdə kimsə ölüb». Beləcə bütün gün davam etdi. Qadın heç kəsin ölmədiyi ev tapa bilmədi. Nəhayət axşam hər şeyi anladı. Başa düşdi ki, ölüm həyatın bir hissəsidir. Hər zaman hər kəsin qarşısına çıxa bilər. Ölüm tək onun üzləşdiyi dərd deyil. Bunu anlayıb Buddanın yanına gəldi. Budda qadından soruşdu:– Xardal dənələrin gətirdin?Qadın sakitcə güdümsəyib Buddanın ayaqlarına çökdü:– Mən heç vaxt ölməyən bir şeyi tapmaq istəyirəm. Oğlumu qaytarmağı istəmirəm. Çünki o nə vaxtsa yenidən öləcək. Mənə ölməyəni bir şeyi tapmağa kömək et.
Ən son yazılar
Sosial şəbəkədə
Bölmələr:
Email: kamilinfo2021@gmail.com; eyokamil@gmail.com
Təsisçi və baş redaktor: Vasif Sadıqlı
Məsul katib: Fizzə Heydərova
Təsisçi və baş redaktor: Vasif Sadıqlı
Məsul katib: Fizzə Heydərova