- Mədəniyyət

“Oskar”ın “tamaşaçı zövqü” nominasiyasına daxil olan filmlərin siyahısı açıqlanıb

Amerika Kino Sənəti və Elmləri Akademiyası tviter səhifəsində tamaşaçıların səsverməsinin nəticələrinə əsasən veriləcək “Oskar” mükafatlarına namizəd filmlərin siyahısını dərc edib.

AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, siyahıda “Hörümçək adam 3: Geriyə yol yoxdur”, “Avengers 4: Final”, “Matriks”, “Arzuladığım qızlar” və “Zak Snayderin ədalət liqası” filmləri yer alıb. Tamaşaçılar adları çəkilən filmlərə səs verə bilər.

Xatırladaq ki, fevralın 15-də Amerika Kino Sənəti və Elmləri Akademiyası mükafatlar sırasına “tamaşaçının zövqü” nominasiyasının əlavə olunduğunu elan edib. Tamaşaçılar #OscarsFanFavorite haşteqindən istifadə edərək akademiyanın tviter səhifəsində bəyəndiyi filmlərə səs verə bilər.

94-cü “Oskar” mükafatlarının təqdimetmə mərasimi martın 27-də Los-Ancelesdə keçiriləcək.