Çinin paytaxtı Pekində 11-ci beynəlxalq film festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Dövlət Kino Administrasiyasının təşkil etdiyi builki festivalda pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərdə tətbiq olunan qadağalara və karantin qaydalarına görə çox sayda xarici qonaq iştirak edə bilmir. Buna baxmayaq, festivalın əsas hadisəsi olan “Tiantan” mükafatı uğrunda mübarizəyə 77 ölkədən 889 film təqdim olunub. Münsiflər heyəti müsabiqənin yekun mərhələsi üçün Çin, Rusiya, Danimarka kinomatoqrafçılarının istehsalı olan ekran işləri də daxil olmaqla 15 film seçiblər. Müxtəlif nominasiyalar üzrə qaliblər festivalın davam edəcəyi günlərdə açıqlanacaq.
Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərini ümumilikdə, 31 kinoteatrında 300-dən çox yerli və xarici film nümayiş olunacaq. Sentyabrın 29-dək davam edəcək festival günlərində çox sayda tədbirlər, o cümlədən film sərgisi, karnaval, konfrans və s. keçiriləcək.