- Cəmiyyət

Peskov: “Putin və Ərdoğan “Bayraktar”ı müzakirə etməyiblər”

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədən Bayraktar pilotsuz uçuş aparatlarının (PUA) alınması məsələsini müzakirə etməyiblər.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər PUA-ların Türkiyədən alınması məsələsi ilə yanaşı onların Rusiyada istehsalı məsələsinə də toxunmayıb.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə 4 saatdan çox davam edən danışıqlardan sonra birgə bəyanatla çıxış ediblər.

Görüşdən sonra Putin və Ərdoğan ikitərəfli ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq, Rusiya ilə Türkiyə arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti sahələrində qarşılıqlı əlaqəni artırmaq barədə razılığa gəliblər.

Tərəflər həmçinin Rusiya qazının Türkiyəyə tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova