Tanınmış şair, yazıçı, nasir, tərcüməçi Seyran Səxavət Milli Məclisin Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb. Görüşdə Azərbaycan dili ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tanınmış yazıçı Seyran Səxavət özəlliklə ana dilimizin mətbuat və mediada istifadəsindəki ciddi problemlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə təkliflərini səsləndirib: “Bu məsələlər hamımızı ciddi narahat etməlidir”.
Milli Məclisin Komitə sədri Qənirə Paşayeva da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət dilimizin qorunması ilə bağlı fərmanı və Milli Məclisdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa edilən əlavə və dəyişikliklərdən söz açıb. “Doğurdan da mətbuat və mediada, reklam lövhələrində, Bakı şəhərində yerləşən müəyyən obyektlərin üzərində dövlət dilimizə olan münasibət hamımızı ciddi narahat edir. Biz dövlət dilimizin qorunması ilə bağlı üzərinə məsuliyyət düşən qurumları bu məsələdə fəal olmağa çağırırıq. Dilimizi qorumaq üçün hamımız əlimizdən gələni etməliyik” – Komitə sədri olduğumuzu bildirib. Qənirə xanım Paşayeva Seyran Səxavətə problemlə bağlı müvafiq qurumlar qarşısında təkrar məsələ qaldıracağına söz verib. Görüş zamanı S.Səxavət xanım deputata müəllifi olduğu kitablardan bir neçəsini hədiyyə edib. Hədiyyə üçün təşəkkürünü bildirən Qənirə xanım Paşayeva dəyərli ziyalımız Seyran Səxavətə yaradıcılığında daha böyük uğurlar arzulayıb.