- Maraqlı, Xəbərlər

Qəribə adətlər

Döyülən bəylər, palçığa batmış gəlinlər və yeni evlənənlərin dişlərinin itilənməsi müxtəlif ölkələrin toy adətlərinin bəziləridir. Elə adətlər var ki, bəzən insanı salır.

Nigeriya

Qəbilənin kürəkəni. Onun evlənməyə hazır olduğunu sübut etmək lazımdır. Mərasim belə olur: gəlinin bütün çoxsaylı qohumları bir-birinin ardınca düzülür və gələcək ərin bu izdihamdan keçməsi lazımdır. Bəy hərəkətə başlayan kimi onu çubuqla şiddətlə döyürlər. Bu qəbilənin gəlinləri də xüsusilə şanslı deyillər, çünki qızlar toydan əvvəl aylar ərzində mümkün qədər çox çəki yığmalıdırlar.

İsevçrə

İsveçrənin bəzi bölgələrdə və yaşayış məntəqələrində hələ də bir ənənə qorunub saxlanılır: toydan bir gün əvvəl gəlin başdan ayağa palçığa batırılır. Bəli, başına vedrədən çirkab tökürlər. Bu qarışığı hazırlayarkən hər şey istifadə olunur: ketçup, mayonez, yumurta, pivə, qatıq, iylənmiş yemək qalıqları.

Hesab edirlər ki, bu cür təhqirdən sonra ona hər bir pis hərəkət uşaq oyunu kimi görünəcək və ailədə heç bir qalmaqal olmayacaq. Bunda bir qədər məntiq var, amma çox qəddarcasınadır.

Bali

Bali gəlinlərinin işi çətindi. Yerli sakinlər qədim adətə riayət edirlər – nikah mərasimindən əvvəl yeni evlənənlərin dişlərini yonurlar. Bu mərasim gənclərin böyüməsini simvolizə edir. Hesab olunur ki, kütləşdirilməmiş dişlər vəhşi instinktlərin mənbəyi ola bilər. Həm də bununla iblisanə günahlar: qəzəb, şəhvət, həsəd, qarınqılıluq, xəsislik və axmaqlığın aradan qaldırıldığına inanılır.