*ABŞ-ın Ohayo ştatının qanunlarına görə, qadınlar kişi portretinin qabağında dayanıb paltarını soyuna bilməz.
*Floridanın Pensakola şəhərindəki qanuna görə, yerli sakin əgər cibində on dollardan az pul varsa, qaxılıb evdə oturmalıdır – şəhərə çıxa bilməz.
*Nyu-Hempşirin Klinton Kaunti şəhərində ictimai binaların divarına söykənən adamı inzibati cəza – cərimə gözləyir.
*Corciya ştatının Kolumbus şəhərində bazar günləri toyuqların başını kəsmək qadağandır.
*Konnektikut ştatının Hartford şəhərində bazar günü ər-arvadın öpüşməsi qadağandır.
*Bığlı kişilər İllinoys ştatının Yurika şəhərində yaşaya bilər. Amma bu, yaşamaqdımı? Qanun onlara…. qadınları öpməyi qadağan edir. Orda “Nəbinin bığları eşmə-eşmədi” tipli mahnılara qara qəpik də verməzlər.
*Los Ancelesdə əgər ər arvadını döymək istəyirsə, onu vuracağı kəmərin eni iki düymdən artıqdırsa, arvadından buna icazə almalıdır.
*Konnektikut ştatının Loqan Kaunti şəhərində yatmış arvadı öpmək cinayət kimi tövsif olunur. Yəni kişi səhərlər yerindən uru durub alagözlüsünün başı üstə “Oyadaram öpə-öpə” mahnısını oxuya bilər, amma işdən əmələ keçsə… İraq olsun. Onu türmə gözləyir.
*Alabama ştatının Casper şəhərində ər öz arvadını döyə bilər, amma onu vurduğu çubuğun diametri kişinin baş barmağının diametrindən böyük ola bilməz.
*Başqalarına araq, şampan göndərmək ümumilikdə ədəb-etiket əlamətidir. Amma Ohayoda balıqlara spirtli içki təklif etməyə qanun yol vermir.
*ABŞ-ın İllinoys ştatının Zayon şəhərində qanun pişik, it və digər ev heyvanlarına yanan siqar verməyi qadağan edir.
*Fransada donuzlara Napoleon adı qoymaq qanunla qadağandır…
*Avstraliyanın Viktoriya əyalətində heç kəs öz evində elektrik lampasını dəyişə bilməz. Qanuna görə, bunu yalnız xüsusi lisenziyası olan elektrik edə bilər.
*Kanadada ictimai yerdə plastırı yaranın üstündən qoparmaq cinayət sayılır.