- Maraqlı, Xəbərlər

Qəribə ölümlər

E.ə. 458-ci ildə yunan dramaturqu Esxil başına tısbağa düşdüyü üçün ölüb. Onun başı daz olub, şahin Esxilin başını daş hesab edərək tısbağanı onun başında parçalamaq istəyib (yırtıcı quşlar tısbağanı yemək üçün onu havaya qaldırıb bir daşın üstünə salır, çanağı dağılandan sonra yeyirlər).

***
e.ə. 270-ci ildə İsgəndəriyyəli filosof Filetas yuxusuzluqdan ölüb.

***

e.ə. 121-ci ildə Roma sərkərdəsi Qay Qrakx dostu tərəfindən öldürülüb. Onun başına görə başı çəkisi qədər qızıl vəd ediblərmiş. “Dostu” onunb başını qurğuşunla doldurub və 5 kq qızıl alıb.

***

207-ci ildə yunan filosofu Xrizip gülməkdən ölüb. Gülməyinə səbəb isə içki verildiyi üçün sərxoş olan uzunqulağın əncir yeməyə uğursuz cəhdi olub.

***
869-cu ildə məşhur ailim əl-Cahiz üstünə kitab rəfi aşması nəticəsində ölüb.

***

Təxminən 1000-ci ildə Nişapurda qəribə bir hadisə baş verib. Dilçi alim əl-Cövhəri köhnə məsciddə minarəyə çıxaraq əhaliyə belə bir müraciət edib: “Ey insanlar, mən həyatımda elə bir şey etmişəm ki, hələ heç kimə bu nəsib olmayıb (yazdığı lüğəti nəzərdə tuturmuş – V.S,) indi isə axirət üçün elə bir şey edəcəyəm ki, bunu heç kəs etməyib”. Bundan sonra o, özünü ataraq uçmaq istəyib (qollarına qapı keçirib, quş kimi uçmaq istəyyirmiş) və yerə düşərək ölüb.

***
1514-cü ildə Macarıstanda kəndli üsyanının rəhbəri Dyord Dojanı üsyan yatırılandan sonra tonqalda bişirib, sonra üsyançı dostlarını onun ətini yeməyə məcbur ediblər.

***

1567-cı ildə yanğın zamanı 1,5 metr saqqalı olan avstriyalı Hans Ştayninger saqqalına dolaşaraq yıxılıb və boynu sınıb.

***

1771-ci ildə İsveç kralı Adolf Frederik çox yediyi üçün ölüb. Həmin gecə ona 14 dəfə desert veriblər.

-***

1850-ci ildə ABŞ prezidenti Zakari Teylor çoxlu dondurma yediyi üçün ölüb.

***
1991-ci ildə meyidi çıxarılaraq müayinə edilib və məlum oldub ki, zəhərləməyiblər.

***

1927-ci ildə Yeseninin sevgilisi Aysedora Dunkan öz şarfı ilə boğulub (şarfın ucu avtomobilinin təkərinin altında qalıb).

***

1945-ci ildə macar bəstəkarı Anton Veberni komendant saatı vaxtı  balkonda siqaret yandırdığı vaxt güllələyiblər.

***

1960-cı ildə məşhur bariton Leonard Uorren Nyu Yorkda səhnədə “Ölməkmi? Dəhşətdir” sözlərini oxuyanda insultdan ölüb.

***

1993-cü ildə Torontodan olan hüquqşünas Harri Hoy müştərilərə ofisinin pəncərəsinin necə möhkəm olduğunu göstərmək istəyərkən 24-cü mərtəbədən yıcxılaraq ölüb.

***

2005-ci ildə 28 yaşlı koreyalı Lee Seunq Seop internet kafedə 50 saat Starcraft oynayıb və ölüb.

***

Latın Amerikasında olub. “Otello” tamaşası gedən zaman Yaqonun alçaqlığına dözməyən bir tamaşaçı tapançanı çıxararaq “Yaqonu” (artisti) səhnədəcə öldürüb. Deyilənə görə, artistə və həmin tamaşaçıya heykəl qoyulub…