- Cəmiyyət

“Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

525.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) – “Qarabağ” cütünün rəqibi də bəlli olacaq.

“Qarabağ” səpələnmişlər səbətində yer alıb.

“Şelbrun” – “Qarabağ” cütünün cütünün qalibi 2-ci mərhələnin qalibi olacaq digər 3 cütlükdən birinin ən güclüsü ilə qarşılaşacaq:

“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi

“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi

Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.