- Mədəniyyət

“Qarınqulu ayı balası” pyesi əsasında tamaşa nümayiş olunub

Rusiyanın Kostroma vilayətinin Kostroma şəhər “Məktəb teatrı” studiyası “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanı təqdim edib.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri Teatr Festivalında nümayiş olunub və III dərəcəli diploma layiq görülüb.

Pyesin müəllifi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevdir.