- Cəmiyyət, Manşet

Qazaxıstanda rus dili qalmaqalı

Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı qalmaqal davam edir.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, məsələyə prezident Kasım-Jomart Tokayev də reaksiya verib.

“Rus dilindən istifadəyə qanunvericiliklə maneçilik törətmək olmaz”, – deyə o söyləyib.

Son vaxtlar Qazaxıstanda dövlət və xidmət sektorunda rus dilindən istifadə edən şəxslərlə mübarizə üçün xüsusi reydlər keçirilirdi.

Rəsmi Moskva Qazaxıstanda rus dillilərin hüquqlarının pozulması barədə məsələ qaldırmışdı.