- Cəmiyyət, Manşet

Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətini tərk ediblər, Luqanskda itki veriblər

Rusiyanın desant qüvvələri Ukraynanın Nikolayev vilayətini tərk etməyə məcbur olublar.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, Rusiya hərbçiləri texnikanı atıb gediblər.

Baş Qərargah ələ keçirilən texnikanın videosunu da yayıb.

Eyni zamanda Ukrayna hərbçiləri Luqansk istiqamətində bir neçə uğurlu əks-hücum həyata keçirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb və bununla bağlı fotoları dərc edib.

Əks-hücum zamanı Rusiya ordusunun 40-a yaxın şəxsi həlak olub, 8 zirehli döyüş maşını, “Ural” yük maşını, yolsuzluq avtomobili və artilleriya sistemləri (sayı dəqiqləşdirilir) sıradan çıxarılıb”, – məlumatda deyilir.