- Cəmiyyət, Manşet

Rusiya ordusu eyni anda bir neçə istiqamətdə hücuma keçib

Kramatorsk, Baxmut Avdeyevski istiqamətlərində Ukrayna əsgərləri tərəfindən Rusiya ordusunun qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukraynanın bir çox istiqamətində yaşayış məntəqələrinin ərazilərində tanklardan, toplardan və raket artilleriyasından atışma qeydə alınıb. Rusiya ordusu hava hücumu təşkil edib.

“Düşmən Verxnekamenskoye bölgəsində hücuma keçməyə çalışdı, lakin uğur qazana bilmədi, geri çəkildi”, – Baş Qərargahdan bildiriblər.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova