- Cəmiyyət, Manşet

Rusiya Ukraynaya 400 min döyüşçü göndərir

2023-cü il ərzində Rusiya 400 min hərbçisini Ukraynadakı döyüşlərə cəlb etmək istəyir.

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Rusiyanın hərbi rəsmiləri geniş ictimaiyyətin qəzəbinə səbəb olmadan Ukraynadakı müharibəyə yüz minlərlə əsgər cəlb etməyə çalışır. Lakin bu cür plan ölkədə getdikcə kəskinləşən hərbçi çatışmazlığından narahat olan digər hökumət nümayəndələrinin etirazına səbəb olur”, – nəşr yazıb.

Qeyd edək ki, kəşfiyyat məlumatlarına görə, Ukraynadakı rus qruplaşmasının döyüş meydanında 50 min, ehtiyatda isə 40 min əsgəri çatışmır.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarında yaydığı məlumata əsasən, Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 188 920 nəfərə çatıb.