- Cəmiyyət

Rusiyanın daha bir desant gəmisi məhv edilib

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın daha bir desant gəmisini məhv edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, “Serna” tipli gəmi Zmeinı adası sahillərində “Bayraktar TB2” pilotsuz uçuş aparatı vasitəsilə vurulub.

Onun içərisində 45 tonluq hərbi texnika və canlı qüvvəni boşaltmaq üçün adaya yan aldığı vurğulanıb.

Qeyd edək ki, bu il mayın 9-da İlan adası sahillərində Rusiyanın Qara Dəniz Donanmasının ənənəvi paradının keçirilməsi planlaşdırılır.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova