- Cəmiyyət, Manşet

Ruslar Gürcüstanda aksiya keçirdi: “Putin terrorçudur”

Gürcüstanın paytaxtı Tbilisinin Gimnaziya binası önündə Ukraynada davam edən müharibəyə və Rusiya rejiminə qarşı etiraz aksiyası keçirilib.

Modern.az xəbər verir ki, nümayişçilər əllərində “Rusiya xalqı rejimi dəstəkləmir”, “Putin terrorçudur”, “Ukraynaya Azadlıq”, və s. kimi yazılı plakatlar tutublar.

Mitinqin təşkilatçısı “Azad Rusiya” fondunun nümayəndəsi Yeqor Kuroptevin sözlərinə görə, bugünkü aksiyada 300-ə yaxın insan iştirak edib.

O bildirib ki, mitinq iştirakçılarının gürcülərə mesajı budur ki, bütün ruslar qatil deyil, bütün ruslar Gürcüstan ərazilərini işğal etmir, bura toplaşanlar Gürcüstanın Rusiya tərəfindən işğalına qarşıdırlar.

Aksiya iştirakçıları ukraynalı məcburi köçkünlərə kömək məqsədilə pul və humanitar yardım toplayıblar.