Rusiya Ukraynanın Lvov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə şəhər rəsmiləri məlumat yayıb.
BBC-nin məlumatına görə, Lvova hücum zamanı Rusiya PUA-ları şəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi mərkəzinin, o cümlədən əsas Bazar meydanının üzərindən uçublar. Şəhərin müxtəlif ərazilərində partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin işi eşidilib.