- Cəmiyyət

Ruslar Lvova hücum edib

Rusiya Ukraynanın Lvov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Modern.az xəbər verir ki, bu barədə şəhər rəsmiləri məlumat yayıb.

Məlumata görə, hücum zamanı “sənaye anbarı” zədələnib, biri ağır olmaqla iki nəfər yaralanıb. PUA-lar müxtəlif istiqamətlərdən şəhərə doğru uçub. Hücum saat 06:00 radələrində başa çatıb.

BBC-nin məlumatına görə, Lvova hücum zamanı Rusiya PUA-ları şəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi mərkəzinin, o cümlədən əsas Bazar meydanının üzərindən uçublar. Şəhərin müxtəlif ərazilərində partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin işi eşidilib.