Fizzə HEYDƏROVA
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” növbəti monitorinqini keçirdi. Bu dəfə yenə yolumuz Şərifzadə küçəsindən düşdü. Yenə eyni mənzərə. Əsasən dəbdəbəli binaların birinci mərtəbəsində qərarlaşan və daha varlı sahibkarlara məxsus ticarət, ictimai iaşə və digər xidmət obyektləri çox məğrur və yekəxanadırlar. Bu ölkənin hansı xalqa məxsus olması, paytaxtın əhalisinin ana dili, dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu, dövlət dilindən istifadə ilə bağlı digər qanunvericilik aktlarında nələrin yazılması onların eyninə deyil. Təkəbbürləri yerə-göyə sığmır. “Qanun hötümçək toru kimidir, zəifləri boğur, güclülər isə onu dağıdır” fəlsəfəsinə çox dərindən inanıblar.
18 il bundan qabaq – 30 sentyabr 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun
bundan sonra kağız üzərində qalacağına çox arxayındırlar.
Ədalət naminə deyə ki, küçənin əsasən birmərtəbəli fərdi yaşayış evlərinin boyunca uzanan hissələrində və “İnşaatçılar” metrostansiyasının həndəvərində gündəlik tələbat malları mağazaları və kiçik xidmət obyektlərinin bir çoxunda dövlət dilindən də istifadə edilib. Amma Azərbaycan dilində yazılan lövhələr son dərəcədə zövqsüz hazırlanıb və sanki ədəbi dil normalarına əməl etməmək barədə öhdəlik götürüblər. Ümumilikdə monitorinq edilən ərazidəki obyektlərin 70%-ə yaxınında dövlət dilinə etina edilmir.
“Miss House – beauty salon”
“Marina – baby clothes”
“EL – barbershop”
“Kilim – Bir kilim yeter sevgilim!”
“FACE studio”
“Perla”
“Sweet HOME”
“KLİNİKA XXI-ƏSR”
“Cafepark”
“Madeyra”
“Arqon və kontakt svarka”
“Razval kompyuterlə”
“Erkemed ortopedi”
“Tibbi Kitablar”
“AYLI GECƏ pub restoran”
“Elegance”
“Cafeteria”
“Courabier”
“Beuaty Bar”
“İsti Pəncərə”
Latte, espresso, cappuccino, latte macchlate, hot and cold coffee, speccially coffe, hot chololate, hot white chocolat
“LEPKA”
“Arzu Dent”
“Senator play station”
“Aqata – Kişi və uşaq salon” – xanımlar üçündə xidmət göstərilir
“Lamiyə Gözəllik Salonu”
“Qapılar Reşotkalar Darvaza və s”
“Ehtiyyat hissələri”
“FELICITA country furnıture”
“Ghost rider – auto arts&accessories”
“Monza MADE IN GERMANY”
“Gomas Auto”
“Lubristar – Shell Lubricants Macro Distributor”
“Oil gallery- Libri Zone – LIBRISTAR LLC”
“Castrol servis”
“GUCCİ”
“As Med ortopedi”
“Pub 202”
“GUNEŞ PETROL”
“Damla beauty studio”
“Hicama medcenter – beauty care”
“Moon beauty”
“Golden Hands studio”
“Gözün kompyuterlə müayinəsi”
“FATEH FAST FOOD”
Qeyd: “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa əsasən (maddə 7.1.), Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Monitorinq bir daha göstərdi ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir.