Pərvanə BAYRAMQIZI
Mətnin adından ağlınıza iqtisadi mövzuda yazı oxuyacağınız gəlsə də, nə mən, nə də haqqında yazacağım adam iqtisadiyyata dəxli olan adamlarıq. Məni tanıyırsınız, işim sözlədir. Qəhrəmanım da vəkildir. Millət vəkili yox, bilmirəm ona necə vəkil deyirsiniz. Çoxunun aləmində bir az gülməli vəkildir. İşin maddi tərəfi ən sonda ağlına gəlir, vətəndaşların problemlərini öz problemi kimi qəbul edir, evində də dinclik tapmır, boşanan ər-arvadların barışmaqları üçün onların ən yaxın adamları kimi çalışır, sonda istədiyinə nail olur, müvəkillərinin gediş haqlarını özü ödəyir və s. Əslində haqqında nağıl yazılasıdır, amma mən bir-iki xatirəmi yada salacam, vəssalam bununla da bitəcək.
Vəkil olmazdan qabaq o, mənim şərikimdir. Şərik sözünü biznesmenlərdən eşitmişəm, xoşladığım söz də deyil. Ona görə yox ki, heç nəyi bölüşməyi sevmirəm. Sadəcə, ilk dəfə elmsiz adamdan eşitdiyimdən “psixi travma” almışam. Müvəkkillərinin dərdlərinə, problemlərinə şərik olan vəkil, mənim də hər şeyimə, hər kəsimə şərikdir. Valideynlərimə, nənələrimə, babalarıma və s. Əmiləri, bibiləri sülh danışıqları ilə bölüşə bilsək də, dayılarımın ikisini də çox istədiyimdən onların bölüşdürülməsi Qarabağ məsələsinə dönmüşdü. İkisinin də mənim olmağımı istəyirdim. Biz uşaq olanda qohumların çoxu mənim payıma düşmüşdü, indi hamı onundur. Onunla nə qədər şərikli xatirələrimiz var…
Yaş fərqimiz iki il olsa da, fiziki baxım və cəsarətdə üstünlük bacımda idi. Bir dəfə qonşu qadın anamdan icazə alıb bizi özü ilə yaylağa apardı. Tərslikdən şıdırığı yağış yağdı. Göyün gurultusu, şimşəyin çaxması hirsli bir adamın üstümə qışqırması təsiri bağışlayırdı. Külək pis bir əl kimi sanki məni itələyib geri qaytarırdı. Əzizlənən uşaq olduğumdan belə şeylər mənə ağır gəlirdi. Qaçmağa da gücüm yox idi. Bacımsa sürətlə qaçırdı. Amma mənə görə tez-tez arxaya qayıdır, əlimdən tutub ürək-dirək verə-verə özü ilə çəkirdi. Qonşu qadın da bərkə-boşa düşən uşaq olmadığımızdan qorxdu ki, xəstələnirik, anama nə cavab verər. Məni sakitləşdirməyə çalışdı: “Bax gör bacın nə qəşəng qaçır, heç qorxmur, yağışdır da indicə kəsəcək” dedi. Paltarlarım islanıb bədənimə yapışdıqca özümü narahat hiss edirdim. Bacım da izah etməyə çalışırdı ki, anam bilir ki, yağış özü yağır, bizdə günah yoxdur. Mənim üçün o anlarda həyatda seldən-sudan, şimşəkdən dəhşətli heç nə yox idi.

Onun məktəbə getməyini anamdan çox mən arzulamışam. Yoxsa niyə bir səhər tezdən oyadıb zorla özümlə məktəbə aparardım ki?
Birinci sinifə gedirdim. Bacımınsa hələ məktəb yaşı deyildi. İstəyirdim ki, məktəbdə öyrəndiklərimi o da öyrənsin, sinif yoldaşlarımla o da tanış olsun. Bu istəklə bir səhər onu özbaşıma məktəbə aparmaq qərarı verdim. Özü tərəddüd edirdi: “anam bizi kötəkləyəcək” deyirdi. Mənsə aparmaqda israrlı idim. Axır ki onu birtəhər yola gətirdim. Yola yenicə düşmüşdük ki əmimlə qarşılaşdıq. Vəziyyəti biləndə bacımı geri qaytardı. Məktəbə yenə tək getməli oldum.
Onunla yol yoldaşı olmaq həvəsim məktəbi bitirənədək sönmədi. 2000-ci ilədək birgə gedib-gəldik. Məktəbə bir il gec getdiyimdən bir sinif fərqimiz oldu. Səhərlər tezdən onu oyadıb məktəbə aparanacan məni xeyli yorurdu. Yatmağı sevirdi. Oyanması, hazırlaşması uzun zamanımı alsa da, ondan ayrı gedə bilmirdim. Sözümüz yaxşı tuturdu. Biz həm də rəfiqə idik. Evdə, məktəbə gedib-gələndə həmişə maraqlı söhbətlər edirdik. Bu gün də fikirlərimiz eynidir, həyata baxışımız, insanlara münasibətimiz bir-birinin təkrarıdır. Bəlkə də, əkiz olsaydıq belə uyğunluğumuz olmazdı. Eyni mövzuya aid ayrılıqda sual verənlərə ikimiz də eyni cavab veririk. Mən məktəbi bitirəndən sonra bir il mənsiz necə məsuliyyətlə gedib-gəldisə direktor dedi ki, indiyəcən səni Pərvanə gecikdirirmiş…
Doxsan altı yaşınadək yaşayan nənəm ölən günəcən nağılları, əfsanələri, mifləri mənə sevdirə bilmədi. Söylədiyi folklor nümunələrini məndən fərqli olaraq, bacım maraqla dinləyirdi. Nağıllara inanmırdım, “yalandır, heyvanlar danışmırlar” deyirdim. Əhməd Cəmilin kiçik qəhrəmanının əksinə olaraq, “Can nənə, nağıl danışma” deyə xahiş edirdim. Mənə real hadisələr xoş gəlirdi.
Yerlibaz olmadığımın bünövrəsinin oyuncaqlarımı bu qədər sevgiyə rəğmən bacıma yox qonşu qızına verməyimə söykəndiyini zənn edirəm.
Bir-birimizə bağlılığımızı, görünür Allah az hesab edirmiş… yoxsa qardaşımızı bizdən alıb bir də dərdlə birləşdirməzdi bizi. Qəfildən itirdik onu. Beş günün ərzində gələn əbədi ayrılıq bizi sarsıtdı. Qəmdən o qədər üzüldük ki, Allahın ürəyi yumşaldı. Təzədən bir bacı verdi bizə. Bu dəfə də ortaq sevinc, şərikli xoşbəxtlik bizi ayrılmaz etdi.
Mənim övladım ona “işdə olan” anam dedi, onun balaları məni “3-cü anamız” adlandırdılar. (“İkinci ana” anama deyirlər.)
Evdə gördüyümdən doymadığımdan bu boyda şəhərdə, bu qədər insanların arasında gözlərim birinci onu axtarır. Onu görəndə şəhər mənə təzədən doğmalaşır. Axşamlar çalışdığım müəssisəyə gəlib maşınla aparmaq istəyir. Əziyyət çəkməyinə qıymıram. Razı olmayacağını biləndə acıqlanırıam ki, avtobusla gedib müşahidə aparmaq istəyirəm. Üstəlik adını “ucuz taksi xidməti” qoymuşam. İncimir, əksinə xahiş edirik ki bir gedək. Kaprizlərimə həmişə dözüb. O, “kaprizni” olsaydı yəqin ki, yazıb biabır etmişdim.
Adına bu qədər layiq olan adam hələ görməmişəm. Rəftarı, keyfiyyətləri ilə hər işdə yeganədir. Onu bu cür gördüyümdən bir dəfə yazmışdım ki, bəlkə, bütün insanların adını Ədalət qoyaq… Bu ümid hissini məndə bacım oyadıb.
Ona “Sən camaatın vəklisən? Heç kəsin işinə qarışma” desəm də, o mənə “ağlına gələni yazma” demir. Heç kəsə ona ərklə dediyim kimi “yazı yazacaqdım, gəlib vaxtımı aldın” deyə bilmirəm. İnciməkdənsə təəssüflənir. Mümkün olsa əvəzimə yazar da.
Pandemiya yayılanda inamsızlıq etməyimlə dincliyini pozdum, dönə-dönə tapşırdı ki, dükan-bazara çıxmayım. Bu işi də öz öhdəsinə götürdü. İzah edə bilmirəm ki, mənim narahat olmağımı istəmədiyi kimi, mən də onun dincliyini istəyirəm. O, mənə “məndən zərəl yoxdur” deyir, mən də ona “mənə heç nə olmaz” deyirəm. İşə anam qarışmasa “Tərs keçilər” kimi eyni şeyi təkrarlayıb durarıq. Keçi deyəndə yadıma uşaqlıqda oxuduğumuz nağıllar düşdü. Nağıllarda, adətən, padşahın kiçik qızı böyüyə nisbətən tədbirli olurdu. Hər dəfə bu cür nağıl oxuyanda dodağının altından gülürdü. Nəyə güldüyünü bilirdim. Doğrudan da, böyük qız cəsarətsiz idi. Bacım cəsarətini uşaqlıqdan dəfələrlə nümayiş etdirib: Evimizdə istifadə etmədiyimiz radio vardı, atam tapşırdı ki, ona əl vurmayaq, lazım olacaq. Hər dəfə pəncərənin qarşısından ehmalla keçirdim ki, toxunub sındırmayım. Bacıma isə maraq güc gəldi. Tapşırığa məhəl qoymayıb radionu söküb içinə baxdı, orda nə olduğunu bilmək istəyirdi. Sökəndən sonra bunu atama özü dedi. Atamsa acıqlanmaqdansa güldü. Növbəti dəfə atam Rusiyadan aldığı qol saatını əmanətlədi. Yenə eyni qaydayla saata tərəf baxmadım. Bacım götürüb qoluna taxıb məktəbə getdi. Biləyinə yekə olduğundan saat düşüb zədələndi. Evə gələndə atamın qarşısına gəlib soruşdu: “Ata, saatını sındırsam neynəyərsən?” Atam işin nə yerdə olduğunu bilib gülə-gülə dedi: “Aparıb düzəltdirərəm”. “Onda götür saatı apar saatsaza, sındırmışam”. Atam uğundu. Onun əvəzinə bacıma anamla mən acıqlandıq. Bu cür hadisələr artıq bizim xarakterlərimizi açıb göstərirdi. Atam bacımı alqışlayırdı. Mənimlə də öz rəftarıma uyğun davranırdı. Yəni ehtiyatla. Çox həssas, nizam-intizamlı idim. Anam isə özünü keçəl kimi aparırdı. Yəni ona yaz da bir idi, qış da. Fərq qoymadan hər ikimizdən yalnız nizam-intizam tələb edirdi.

Böyüdük. Elə cəmiyyətdə də mənim susduğum bir çox haqsız işlərə bacım etiraz edə bildi. Mənim qəbul etdiklərimi o rədd etdi. Nə yaxşı ki bunu bacardı… Cəsarətsizliyimdən nəticə çıxarıb, daha da güclü oldu. Bəzən zarafatla “mən sənin üçün “gözüçıxmış qardaşam” deyirəm. Mən onun nailiyyətlərinə sevindim, o, mənim uğursuzluqlarımdan mütəssir oldu.
Müvəkkillərinin onun haqqında rəyləri çox sevindiricidir. Bacım olmasaydı həmin rəylərin hamısını toplayıb yazardım. Ən gözəl arzuları həmişə ona arzulamışam. Ananın, bacının sevgisi və alqışı təbii haldır. Ehtiyacı olan insanlara sevgi, qayğı göstərib onlara doğmalaşıb, sevgilərini qazanmaq xoşbəxtlikdir. Buna görə də indi bir qədər fərqli arzu diləyəcəm: Ananın, bacılarının yox, təmənnasız yaxşılıq etdiyin məzlumların sənin üçün etdikləri dualar həyata keçsin. Vəssalam. Di yeri! Ad günün mübarək olsun!

02 mart 2021