Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib
“Report”un məlumatına görə, IX turda Monqolustanla görüşən yığma 2,5:1,5 hesablı qələbə qazanıb.
Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi turda Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Qadınlar
Azərbaycan – Monqolustan
Günay Məmmədzadə – Enhtul Altan-Ulzi – 1:0
Xanım Balacayeva – Bayarjarqal Bayarmaa – 1:0
Gövhər Beydullayeva – Turmunk Munheul – 0:5:0,5
Gülnar Məmmədova – Bat-Erdene Munquneul – 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.