Tayvan mütləq materik Çinlə birləşəcək.
“Report” “Nikkei Asia”ya istinadən xəbər verir ki, bunu Çin lideri Si Szinpin Çin Xalq Respublikasının qurucusu Mao Szedunun anadan olmasının 130 illiyinə həsr olunmuş çıxışı zamanı deyib.
“Biz hər hansı bir şəkildə Tayvanı Çindən ayırmağın qarşısını qətiyyətlə alacağıq”, – Si Szinpin vurğulayıb.
Xatırladaq ki, Tayvan 1949-cu ildə Çin Respublikası hökuməti və Mao Szedunun başçılıq etdiyi kommunistlərə vətəndaş müharibəsində uduzan Homindan Partiyası üçün sığınacaq oldu. Onlar yeni Çin hakimiyyətinin legitimliyini tanımayıblar və özlərini kommunistlərə tabe olan ölkənin bir hissəsi hesab etmirlər.
Pekin Tayvanın suverenliyini tanımır və onu özünün əyalətlərindən biri hesab edir.