Abram ancaq katoliklərin yaşadığı şəhərciyə, özü də kilsə ilə üzbəüzdə yerləşən evə köçür. O, katoliklərin «balıq günü» hesab etdikləri hər çümə axşamı günlərində ət qızardır. Qızardılmış ətin iyi kilsəyə qədər çatırdı. Bu da ora gələnləri narahat etməyə başlayırdı. Bundan sonra katoliklər Abramı dilə tuturlar ki, katolikliyi qəbul etsin. Bu, asan başa gəlmir. Ancaq cəmiyyətin təzyiqi altında Abram, nəhayət, razılaşır. Katolikliyə qəbul mərasimi zamanı keşiş Abramın alnına müqəddəs su vurur və deyir:
– Sən yəhidi kimi doğulmusan, yəhidi kimi böyümüsən. İndi isə sən katoliksən.
Bundan sonra şəhər sakinləri rahat nəfəs aldılar. Lakin növbəti həftə çümə axşamı kilsəyə gələnlər yenə də Abramın evindən qızardılmış ət iyinin gəldiyini hiss etdilər və dərhal onun evinə yollandılar ki, artıq onun katolik olduğunu yadına salsınlar. Evə gələndə isə belə bir səhnə ilə qarşılaşdılar: Abram ət parçası qızardır və deyir:
– Sən inək kimi doğuldun, inək kimi yaşadın. İndi isə sən balıqsan.