- Pritça

Əks-səda

Ata ilə oğul dağa gedir. Daşa dəyib əzilən oğul “auuuuu” – deyə qışqırır və “auuuuu” səsi eşidir. Oğlan soruşur:
– Sən kimsən?
Cavabında «sən kimsən?» eşidir. Belə cavabdan hirslənən oğlan «sən qorxaqsan» deyə qışqırır. Cavabında yenə eyni sözü eşidir. Oğlan nə baş verdiyini atasından soruşur. Atası deyir:
– Mənə diqqət qulaq as.
Ata dağa qışqırır:
– Mən sənə hörmət edirəm.
Cavabında dağdan səs gəlir:
– Mən sənə hörmət edirəm.
Ata yenə qışqırır:
– Sən ən yaxşısan.
Cavabında yenə «Sən ən yaxşısan» eşidir. Bundan sonra ata oğluna izah edir. Buna əks-səda deyilir. Ancaq əslində bu, bizim həyatımızdı. O, etdiyini və danışdığını sənə qaytarır.