- Xəbərlər, Yumor

Stalin haqda lətifələr

Stalini Kreml divarlarının yanında dəfn edəndə qəbrinin üstünə qoyulan əklilin üstündə yazı vardı: «Ölümündən sonra repressiya olunana ölümündən sonra reabilitasiya olunanlardan».

***
Stalinqradın adını dəyişib Volqoqrad qoyandan sonra o biri dünyadan teleqram gəlir: «Razıyam, İosif Volqin».

***
Mavzoleydə yazı: «Burda 1953-ci ildən 1956-cı ilə qədər İ.V.Stalin müvəqqəti hökumətdən gizlənib».

***
Müğənni əvvəlcədən öz uğurunda əmin idi.
– Pis əl çalsalar, Stalin haqqında oxuyacam!

***
-Şəxsiyyətə pərəstiş varmı?
– Pərəstiş hələ var, ancaq şəxsiyyət yoxdur.

***
Xruşşovla Bulqaninın hakimiyyəti Stalinin hakimiyyətindən nə ilə fərqlənib?
– Şəxsiyyətə pərəstiş ikiüzlülüyə pərəstişlə əvəzləndi.

***
Stalin çıxış edir:
– Yoldaşlar! Dünən yoldaş Kirovu öldürüblər…
– Kimi öldürüblər?
– Kimi, kimi…Yoldaş Beriya, deyin bunlara.
– Kimi lazımdır, onu da öldürüblər.

***
Yoldaş Stalin, burda Sizə oxşar adam tapıblar. Sifət, bığ, qəlyan…
– Yox edin.
– Bəlkə, ancaq bığını qırxaq?
– Elə də olar. Bığını qırxın və yox edin…

***
Bir gün Stalinə Puşkinin şeir yazdığı yerdə heykəlini göstərirlər.
– Yaxşıdı, ancaq bir qədər müasirlik olmalıdır. O biri layihəni göstərirlər: Stalin Puşkinin əsərlərini oxuyur.
– Yox, bu tarixi cəhətdən düzdür, ancaq siyasi cəhətdən səhv.
Üçüncü layihəni göstərirlər: Puşkin Stalinin əsərlərini oxuyur.
– Bu siyasi cəhətdən düzdür, ancaq tarixi cəhətdən düz deyil.
Sonuncu layihə belə idi: Stalin Stalinin əsərlərini oxuyur.

***
Stalin fəhlələr qarşısında çıxış edir:
– Mən fəhlə sinfinə görə bütün qanımı damla-damla verməyə hazıram. Zaldan kağız gəlir: «Hörmətli İosif Vissarionoviç! Niyə uzadırsız? Hamısını birdən verin!»

***
Stalin Beriyaya qəlyanının itdiyini deyir. Səhər isə qəlyanı tapdığını deyir. Beriya cavab verir:
– Mən artıq 25 nəfəri həbs etmişəm. Hamısı da qəlyanı oğurladığını boynuna alıb.

***
-Yoldaş Stalin, ləğv etməni başa çatdırırıq!
– Hansı ləğv etməni?
– Savadsızlığın ləğv edilməsini!
– Yaxşı! Onda növbəti mərhələyə başlayın: savadlıların məhv edilməsinə!
– Onda əmri imzalayın!
– Yox! İmzalasam, hamı elə bilər ki, savadlıyam!

***
Radio ilə təcili məlumat yayılır: “Stalinin letargiya yuxusu başa çatıb. İyirminci-iyirmi səkkizinci qurultaylarda iştirak edən nümayəndələrdən xahiş edirik isti paltarlarını götürüb perronda toplaşsınlar…”

***-Allo, xanım, MXAT-ı verin. Allo, bu MXAT-dı? Danışan Stalindi, müdiri verin. Müdir? Danışan Stalindi. Allo, allo. Nə oldu… Xanım, MXAT-ı verin. Müdirlə birləşdirin. Neçə yəni yoxdu, indicə onunla danışdım. Necə yəni öldü?

***
Stalin Çörçillə telefonla danışır:
– Yox! Yox! Yox! Yox! Hə! Yox! Yox! Yox! – dəstəyi qoyur yerə.
– Yoldaş Stalin, niyə bir dəfə “hə” dediniz?
– Soruşurdu ki, onu yaxşı eşidirəm.

***
Kişi küçəyə əlində yekə şuarla çıxır: «Xoşbəxt uşaqlığımıza görə sağ olsun yoldaş Stalin». Camaat onun başına yığışıb deyir:
– Başın xarab olub? Sən anadan olanda Stalin ölmüşdü.
– Ona görə də ona sağ ol deyirəm.

***
Qorbaçovun arvadını oğurlayırlar. Məlum olur ki, oğurlayan litovlardı. Onun əvəzində tam müstəqillik istəyirlər. Çarəsiz qalan Qorbaçov o biri dünyaya, Stalinə zəng edir: “Kömək elə Raisanı qaytarım”.
Stalin telefonla Litvanı yığır:
– Alo, Litvadı?
– Litva dilində danışın!
– Tezliklə bütün Sibir litovca danışacaq…

***
Landsbergis Qorbaçovdan bütün rusları Litvadan köçürməyi tələb edir. Qorbaçov Stalinə zəng edib kömək istəyir. Stalin Litvaya zəng edir:
– Cənab Landsergis, rusları Litvadan köçürmək üçün sizə nə qədər vaxt bəs edər?
– İki həftə.
– Onda başlayın.
İki həftədən sonra:
– Cənab Landsbergis, hamısını köçürə bildiniz?
– Hamısını, bir nəfərə qədər.
– Yaxşı… Yoldaş Jukov, başlayın…

***
Kəndlilər bir kişini Stalinin yanına göndərib beşilliyin nə olduğunu öyrənməsini istəyirlər. Stalin kişiyə deyir:
– Görürsən, maşın gedir?
– Görürəm.
– Beşilliyin sonunda maşınlar bir-birinin ardınca gedəcək.
Görürsən, traktor gedir? Beşilliyin sonunda traktorlar bir birinin ardınca gedəcək.
Kişi kəndə qayıdıb hamını başına yığıb deyir:
– Görürsüz, dilənçi gedir?
– Görürük.
– Beşilliyin sonunda onlar bir-birinin ardınca gedəcək. Görürsünüz, ölü aparırlar?
– Görürük.
– Beşilliyin sonunda onları bir-birinin ardınca aparacaqlar.

***
-SSRİ-ni kim yaradıb?
– Stalin!
İsraili kim yaradıb?
– Stalin!
-Bütün bunlarda kim günahkardı?
– Yəhudilər.

***
Siyasi büronun iclasında Stalin bütün büro üzvlərini güllələmək, Kremli isə yaşıl rəngə boyamağı təklif edir. Molotov: «Niyə yaşıl rəngə?»
Stalin: «Bilirdim ki, birinci təklifə etiraz edən olmayacaq. İkinci təklif barədə müzakirələr apara bilərik».

***
Molotovla Stalin ova gedir. Stalin ördəyə güllə atır, ancaq vura bilmir. Molotov:
– Təəccüblüdü, yoldaş Stalin! Ölü ördək üçmaqda davam edir.

***
Bir gün Stalin aviakonstruktor Yakovlevi yanına çağırıb tapşırıq verir: üç aya dünyada ən yaxşı qırıcı təyyarə düzəltmək. Yakovlev etiraz edib bildirir ki, amerikalılar belə bir layihənin hazırlanmasına yarım il sərf edirlər. Stalin:
– Siz amerikanlısız?
Üç aya təyyarə hazır olur.