- Mədəniyyət

Şuşa Qlobal Media Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub

Şuşa Qlobal Media Forumunun iştirakçıları üçün qala-konserti və ziyafət təşkil olunub.

“Report” xəbər verir ki, ziyafətin bədii hissəsinə “Natiq” ritm qrupu start verib.

Daha sonra Azərbaycan və dünya musiqisinin incilərindən, tamaşalardan ibarət zəngin proqram təqdim olunub.