- Cəmiyyət

Tacikistanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Polis Xoroq şəhərindəki aksiya iştirakçılarına qarşı rezin güllə və gözyaşardıcı qaz tətbiq edib.

APA Azadlıq radiosunun tacik xidmətinə istinadla xəbər verir ki, qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Saxlananlar barədə dəqiq məlumat yoxdur.

22.46

Tacikistanın Xoroq şəhərindəki ümumpamir mitinqində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

APA-nın “Rosbalt”a istinadla xəbərinə görə, şəhərə zirehli texnika və polis qüvvələri yeridilib.

Güc strukturları ilə toqquşmada bir neçə nəfər yaralanıb. Polis mərkəzi meydana aparan yolları bağlayıb. Şəhərdə internet kəsilib.

Qeyd edək ki, Tacikistan prezidenti Emomali Rahmon hazırda KTMT-nin iclasında iştirak etmək üçün Moskvadadır.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova