da Vinçinin pritçası
Yarpağa yapışan tırtıl ətrafdakı həşəratların oxumağı, oynamağı, tullanmaqlarına, uçmaqlarına maraqla baxırdı. Ətrafda hər şey hərəkətdə idi. Bu zavallı isə hərəkətsiz qalmışdı. Ancaq böyük əziyyətlə sürünə bilirdi. Bir yarpaqdan o biri yarpağa çatana qədər elə bilirdi ki, bütün dünyanın ətrafına fırlanıb. Buna baxmayaraq o, taleyindən narazılıq etmirdi. Anlayırdı ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Oda öz işi ilə məşğul olur, ipək toxuyurdu.
Ancaq bir gün bunun nə vaxta qədər davam edəcəyini və sonra nə baş verəcəyini soruşdu. Cavabında eşitdiyi bu oldu: «Hər şeyin öz zamanı var. Bir qədər səbrli ol. Sonrasını görəcəksən». Bir müddət keçəndən sonra tırtıl ayıldı və gördü ki, o əvvəlki kimi hərəkətsiz deyil. Onun rəngli, yüngül qanadları çıxıb. Bundan sonra qanadlarını qaldırıb havaya qalxdı.