da Vinçinin pritçası
Məlumdur ki, qovaq o biri ağaclardan tez böyüyür. Onun budaqları sürətlə göyə qalxır və digər ağacları ötürdü. Bir gün cavan qovaq özünə dost tapmaq istədi. Bunun üçün üzüm ağacını seçdi. Dostları ona bunu etməməyi məsləhət görürdü. Lakin cavan ağac heç kəslə razılaşmayıb üzüm tənəyilə birləşdi. Ona öz budaqlarına dolanmaq imkanı verdi. Özünə güclü dayaq tapan tənək daha da tez artmağa və bar verməyə başladı. Bunu görən kəndli qovaqın budaqlarını kəsməyə başladı və onun daha da çox uzanmasına imkan vermədi. Üzüm tənəklərinin bir qədər aşağıda olmasını istəyirdi ki, salxımları rahat dərə bilsin. Hara getdi qovağın hündür boyu? Onun boyu qısaldı, əvvəlki görkəmindən əsər-əlamət qalmadı. Taleyilə barışan qovaq ancaq özünün bar verən rəfiqəsi üçün dayaq idi. Digər qovaqlar isə durmadan yüksəklərə qalxırdı.