- Cəmiyyət, Manşet

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazanıb

Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 63 kq-da yarışan idmançı ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl medalı olub.

11:31

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqibini vazari xalı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.