- Cəmiyyət, Xəbərlər

Tokio-2020: Qadın para-cüdoçumuz qızıl medal qazanıb

Qadın para-cüdoçumuz Dürsədəf Kərimova Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitesindən verilən məlumata görə, qadınlar arasında +70 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Dürsədəf Kərimova finaldakı rəqibi Zarina Baibatinanı məğlub edərək qızıl medalını qazanıb.