- Cəmiyyət

“Tokio-2020”də iştirak edəcək bütün futbol komandaları müəyyənləşib

“Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün futbol komandaları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, son olaraq Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) iki komandası Olimpiadaya vəsiqəni təmin edib.

Meksika və Hondurasın U-23 yığmaları CONCACAF zonası üzrə təsnifat turnirində finala vəsiqə qazanıblar. Honduras seçməsi yarımfinalda ABŞ-ı 2:1, Meksika isə Kanadanı 2:0 hesabı ilə üstələyib.

Beləliklə, “Tokio-2020”də Yaponiya, Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Koreya Respublikası, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və İspaniya iştirak edəcəklər.