- Cəmiyyət

Tramp Makrona arvadı ilə bağlı tövsiyə verib

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona və xanımı Bricitə ictimai qarşıdurmalardan çəkinməyi tövsiyə edib.

“Report”un xəbərinə görə, bunu Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“Qapıların bağlı olduğundan əmin olun”, deyə Tramp iştirak edənlərin gülüşünə cavab verib.

“Onunla danışdım, yaxşıdır. Onlar yaxşı insanlardır. Mən onu çox yaxşı tanıyıram və orada nə baş verdiyini bilmirəm”, – Ağ Evin sahibi əlavə edib.

Bundan əvvəl “Associated Press” agentliyi Fransa prezidentinin Vyetnama gəlişinin videosunu yayıb. Kadrlarda Makronun hələ də təyyarənin içərisində olduğu zaman arvadı ona sillə vurub.