ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasi qrupu bu ilin birinci yarısında siyasətçinin özünü, eləcə də müşavirlərini və işlərdə iştirak edən digər şəxslərin müdafiəsi üçün vəkillik xərclərinə on milyonlarla dollar verib.
Bu barədə “Report” “The Washington Post”a istinadən xəbər verir.
Belə ki, eks-prezidentin komandası vəkillik xərclərinə təxminən 40,2 milyon dollar xərcləyib. İndi Trampın “Amerikanı xilas et” siyasi qrupunun bazar ertəsi hesabatında məbləğin haraya xərcləndiyini açıqlamalıdır.
Qeyd olunub ki, bu məbləğ Tramp qrupunun 2024-cü ildə prezidentlik kampaniyası zamanı çəkdiyi bütün digər xərclərdən çoxdur.
Bundan əlavə, iyulun əvvəlində federal sənədlərə görə, Tramp kampaniyası 2023-cü ilin ikinci rübündə təxminən 56 milyon dollara qədər toplayıb. Siyasi qrup bildirib ki, istintaqda iştirak edən demək olar ki, hər kəsin qanuni xərcləri ödənir.