- Cəmiyyət, Xəbərlər

Türkiyə səhiyyə nazirinin müavini: “Hər sahədə olduğu kimi, səhiyyədə də birgəyik”

“Nazirliyimizin hazırladığı proqram çərçivəsində infeksiyaya nəzarətlə bağlı təcrübələrimizi paylaşmaq üçün ölkəmizə gələn azərbaycanlı qardaşlarımız, ikinci vətəninizə xoş gəldiniz!”

“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə nazirinin müavini Əminə Alp Meşə tvitterdə yazıb.

“Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi, elm və səhiyyədə də birlikdə yürüməyə davam edəcəyik”, – professor qeyd edib.