ürkiyədə muzeylərin sayı 2020-ci ildə 5,8 faiz artaraq 494-ə çatıb.
AZƏRTAC Türkiyənin Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, həmin muzeylərin 205-i Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində, 289-u isə xüsusi muzey kateqoriyasında yer alır. Nazirliyin tabeliyində olan muzeylərdə 3 milyon 278 min 114 əsər qorunur.
Türkiyədə COVID-19 epidemiyasi ilə əlaqədar nazirliyə tabe olan muzeyləri ziyarət edənlərin sayı 2019-cu ilə nisbətən 2020-ci ildə 73,6 azalaraq 9 milyon 241 min 912 nəfər olub.