UEFA Çempionlar Liqasında ikinci finalçının da aydınlıq gəlib.
Yarımfinalın cavab oyununda İngiltərədə İspaniya “Real Madrid”ini 2:0 hesabı ilə məğlub edən “Çelsi” finala vəsiqə qazanıb.
Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. Son nöqtəni isə 85-ci dəqiqədə Meyson Maunt qoyub. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı – 1:1.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:0
Qollar: Timo Verner, 28, Meyson Maunt, 85
İlk oyun – 1:1
Qeyd edək ki, “Çelsi”nin finaldakı rəqibi İngiltərənin digər klubu “Mançester Siti” olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq. (Report)